featured-image-29987

Kriştiano Ronaldonun anası Mariya Dolores oğlunu Corcinya Rodriqesdən ayırmaq üçün cadugər yanına getməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Msport.az xəbər verir ki, o, məhkəməyə müraciət edəcəyini deyib:
“Mən bu gün vəkillərə əlaqə saxladım. Tanınmış Portuqaliya qəzeti adımdan istifadə edərək özünün reklamı ilə məşğul olub.
Bütün bunlar yalan xəbərlərdir. Mənim adımı pis şeylərdə hallandırmağa imkan verməyəcəm.
Bu cür xəbərlərdən sonra ünvanıma təhqir dolu mesajlar gəlir.
Mənim nəvələrim yazılanları oxuyurlar və insanların fikirləri ilə tanış olurlar.
Məhz buna görə qəzet cavab verməyənə qədər təslim olmayacam”

Bənzər xəbərlər