Ronaldonun bacısı: "Qardaşıma qarşı hörmətsizlik görürəm"
Kriştiano Ronaldonun bacısı Elma Aveyru qardaşının “Mançester Yunayted”dəki durumundan söz açıb.
Msport.az xəbər verir ki, o, sosial şəbəkədə fikirlərini belə ifadə edib:
“Nə olur, olur. Və mən çox şeyi görürəm. Əsas da hörmətsizliyi”.
Xatırladaq ki, Ronaldo “Tottenhem”lə oyunda (2:0) vaxtından əvvəl texniki zonanı və stadionu nümayişkəranə şəkildə tərk edib. Baş məşqçi Erik Ten Haq portuqaliyalı futbolçunun adını “Çelsi” ilə oktyabrın 22-də keçiriləcək oyunun sifariş ərizəsinə daxil etməyib.







