featured-image-17088

Kriştiano Ronaldonun “Mançester Yunayted”dəki gələcək taleyi ilə bağlı qərarı Coel Qleyzer verəcək.

Msport.az “Associated Press”ə istinadən xəbər verir ki, vəziyyətlə tanış olan klubun sahibi Qleyzer 37 yaşlı futbolçunun komandada qalıb-qalmayacağını müəyyənləşdirəcək.

Portuqaliyalı hücumçunun qalmaqallı müsahibəsini dünya çempionatından sonra “Mançester Yunayted”dən ayrılmaq üçün bəhanə kimi qiymətləndirirlər. Lakin son qərarı Qleyzer verəcək.

Krişin agenti Jorje Mendeş futbolçunu almaq istəyən klubların təkliflərini “M.Y” rəhbərliyinə çatdırmalıdır.

Mənbənin sözlərinə görə, klubun bossları qalmaqallı hadisədə baş məşqçi Erik ten Haqın tərəfini tutublar. Xüsusən də Ronaldo “Tottenhem”lə matçdan sonra məşq prossesindən kənarlaşdırılanda rəhbərlik niderlandlı mütəxəssisi tam dəstəkləyib.

Artıq “Mançester Yunayted”in hüquqşünasları super ulduzun müsahibəsini araşdırırlar ki, hansı addımları atsınlar.

 

 

 

Bənzər xəbərlər