featured-image-53841

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo özünə məxsus “YouTube” kanalını yaratmasının səbəblərindən danışıb.

Msport.az xəbər verir ki, portuqaliyalı forvard ilk gündə 20 milyon abunəçi qazanaraq, bu rəqəmə çatmaq üçün 28 gün sərf edən məşhur bloger Mr Beastin (əsl adı Cimmi Donaldson) rekordunu qırıb.

Donaldson abunəçilərin ümumi sayına görə hazırda birinci yerdədi – 313 milyon. Ronaldo isə hədəfinin onu geridə qoymaq olduğunu açıqlayıb: “Məqsədim azarkeşlərimə yaxınlaşmaq idi, düşünürəm ki, onlar buna layiqdilər. Avropa çempionatında məni ən çox təsirləndirən dəstək oldu. Qarşıdakı iki-üç il karyeramın sonu olacaq. Hər şeyin vaxtı var və hiss edirəm ki, azarkeşlər indi daha xoşbəxtdilər. Cənab Beast “YouTube”də? Gəlin iki ildən sonra onun rekordunu qıraq”.

Qeyd edək ki, Kriştiano Ronaldo milli komandalarda ən çox oyun keçirmə və qol vurma rekorduna sahibdi.

Bənzər xəbərlər