Ronaldonun klubu Busketsə təklif göndərdi
Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu mövsümün sonunda azad agent olacaq Serxio Busketsə müqavilə təklif edib.
Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, hazırda “Barselona”da çıxış edən yarımmüdafiəçi Kataloniya təmsilçisində qalmaq niyyətində deyil.
Mənbənin sözlərinə görə, 34 yaşlı futbolçuya 2 illik müqavilə təklif olunacaq. İspaniya millisinin üzvünə vergilər çıxıldıqdan sonra ilinə 18 milyon avro əməkhaqqı təklif olunacaq. Buskets digər variantları nəzərdən keçirməzdən öncə “Barselona”nın təklifi ilə tanış olmaq istəyir.
Yarımmüdafiəçi ilə MLS-də çıxış edən “İnter Mayami” klubu da maraqlanır.
Qeyd edək ki, Kriştiano Ronaldo hazırda “Əl Nəsr”in formasını geyinir. Portuqaliyalı ulduzun Səudiyyə Ərəbistanına gəlməsi ilə bu ölkənin liqasına, həmçinin klublarına maraq artıb.
Buskets bu mövsüm bütün turnirlərdə 27 oyunda 1 məhsuldar ötürmə verib.
ANAR ABDULLAYEV







