Ronaldonun klubu Mourinyoya 100 milyonluq təklif göndərib
“Roma”nın baş məşqçisi Joze Mourinyoya “Əl-Nəsr”i çalışdırmaq təklif olunub.
Msport.az AS nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisə iki mövsüm üçün 100 milyon avro təklif olunub.
Mourinyo təklifdən imtina edərək, “Roma”daki işinə kökləndiyini bildirib. 60 yaşlı çalışdırıcı Səudiyyə Ərəbistanı təmsilçisinin təklifini qəbul edəcəyi halda dünyanın ən çox maaş alan baş məşqçisi olacaqdı.
Qeyd edək ki, “Əl-Nəsr” hazırki baş məşqçisi Rudi Qarsiyanı istefaya göndərmək istəyir. Komandanın ulduz futbolçusu Kriştiano Ronaldo məşqçinin işindən narazı olduğunu rəhbərliyə deyib.
Royal Türksoy







