Ronaldonun komandası daha bir məşhur futbolçu ilə ilə anlaşdı
“Əl Nəsr” rəhbərliyi Marselo Brozoviçi komandaya keçməyə razı salıb. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
Xorvatiyalı futbolu bu gün Səudiyyə Ərəbistanı klubunda tibbi müayinədən keçəcək. 30 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2026-cı ilə kimi olacaq.
“İnter” Brozoviçin transferinə görə 23 milyon avro qazanacaq.
Romanonun yazdığına görə, “Əl Nəsr” futbolçunun bütün şərtlərini qəbul edib.
Brozoviç 3 ilinə görə 100 milyon avro qazanacaq.
ANAR







