featured-image-29477

Kriştiano Ronaldonun şərəfini qoruduğu “Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatında növbəti oyununu keçirib. Msport.az xəbər verir ki, ulduz futbolçunun komandası “Əl Xalic”lə görüşdə qalib gələ bilməyib – 1:1.

“Əl Nəsr”in yeganə qolunu Alvaro Qonsales vurub.

“Əl Nəsr” çempionatdakı son 4 oyundan yalnız birində qələbə qazanıb.

Ər-Riyad klubu lider “Əl İttihad Ciddə”dən 2 xal geri qalaraq turnir cədvəlində 2-ci yeri tutur. “Əl Xalic” 14-cü pillədədir.

ANAR

Bənzər xəbərlər