featured-image-17523

İngiltərənin “Mançester Yunayted” klubu hücumçusu Kristiano Ronaldo ilə müqaviləni pozub.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıblar.

Mançester təmsilçisi portuqaliyalı futbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, 37 yaşlı forvard bu yaxınlarda verdiyi müsahibədə klubu sərt tənqid etmiş, “Mançester Yunayted”in ona xəyanət etdiyini söyləmişdi.

Ronaldo bu mövsüm “qırmızı şeytanlar”ın heyətində Premyer Liqa və Avropa Liqasında 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Təcrübəli hücumçu 2003-2009-cu illər aralığında da İngiltərə klubunun formasını geyinib. O, 2021-ci ilin yayında İtaliya “Yuventus”undan “Mançester Yunayted”ə keçmişdi. “Qırmızı şeytanlar”ın heyətində ümumilikdə 346 görüş keçirən Ronaldo 145 qola imza atıb.

Bənzər xəbərlər