featured-image-19525

“Real”ın keçmiş hücumçusu Kristiano Ronaldonun oğlu La Liqa təmsilçisinin gənclərdən ibarət akademiyasına qayıdıb.

Msport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 12 yaşlı kiçik Kriştiano indiyə qədər atasının çıxış etdiyi klubların uşaqlardan ibarət komandasında çıxış edib (“Real”, “Yuventus” və “Mançester Yunayted”).

O, “Real”ın 14 yaşadək futbolçulardan ibarət komandasında 20 matçda 50-dən çox qol vurmağı bacarıb.

Noyabr ayında Kristiano Ronaldo “Mançester Yunayted”lə müqaviləsini ləğv edib və hazırda azad agent statusundadır.

Bənzər xəbərlər