Ronaldonun vurduğu qoldan sonra xəsarət aldı
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının futbolçusu Kriştianu Ronaldonun Asiya Çempionlar Liqasında “Ər-Rayyan”la (Qətər) keçirilmiş oyunda vurduğu qələbə qolundan sonra xoşagəlməz hadisə yaşanıb.
Msport.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun ehtiyat oyunçular arasında yer alan komanda yoldaşı Salem Əl-Nəcdi qolu bayram edərkən diqqətsizlikdən başını texniki zonada olan dəmirə vurub. Huşunu itirən 21 yaşlı oyunçuya ilk müdaxilə həkimlər tərəfindən meydanın kənarında edilib. Gənc futbolçunun durumunun yaxşı olduğu bildirilib.
Qeyd edək ki, görüş “Əl-Nəsr”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.