featured-image-37866

“Əl-Nəsr”ın hücumçusu Kriştiano Ronaldo cinsi təcavüzə görə yeni məhkəmə iddiası ilə üzləşib.

Msport.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Model Ketrin Mayorqa 2009-cu ilin iyununda oteldə zorlamaya görə portuqaliyalı futbolçuya qarşı iddia qaldırmışdı. O, səssizliyinə görə Ronaldodan 375 min dollar aldığını iddia edib. Model futbolçudan 56,5 milyon funt-sterlinq də almaq istəyib. Daha sonra ABŞ vətəndaşının iddiası rədd edilib.

2020-ci ilin oktyabr ayında Mayorqa Ronaldoya qarşı məhkəmə prosesi üçün yeni cəhd etmişdi. Model 2010-cu ildə bağlanan gizlilik müqaviləsinin şərtlərini anlaya bilmədiyini sübut etməyə ümid edirdi.

Mayorqanın vəkilləri indi ABŞ-ın Dairə Apellyasiya Məhkəməsindən işin rədd edilməsi barədə qərarın ləğvini və iddianın bərpasını xahiş etmək niyyətindədirlər.

Bənzər xəbərlər