featured-image-46051

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu karyerasında 65-ci dəfə het-trik edib.

Msport.az xəbər verir ki, 39 yaşlı hücumçu son olaraq XXVI tur matçında “Abha”ya 8:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada üç qolla yadda qalıb.

Lionel Messi isə karyerası ərzində 58 het-trikə imza atıb.

Qeyd edək ki, Ronaldu cari mövsüm 35 oyunda 36 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər