featured-image-48518

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu yenidən Avropa futboluna qayıda bilər.

Msport.az xəbər verir ki, bu barədə yerli jurnalist Əlhaz Mutabın sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, təcrübəli hücumçu ilə Almaniyanın “Bayer 04” klubu maraqlanır. Baş məşqçi Xabi Alonso oyunçunu şəxsən dəvət etmək niyyətindədir. O, forvardın Bundesliqa və Çempionlar Liqasında Leverkuzen təmsilçisinə kömək edəcəyinə əmindir.

Qeyd edək ki, Ronaldu cari mövsüm bütün turnirlərdə 42 matçda iştirak edib, 42 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər