Ronaldu ayın futbolçusu seçildi
Səudiyyə Ərəbistanı çempionatında mart ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Msport.az xəbər verir ki, başa çatan ayın ən yaxşısı adına “Əl-Nəssr”in hücumçusu Kriştianu Ronaldu layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
39 yaşlı futbolçu mart ayında ölkə çempionatında meydana çıxdığı 5 matçda 5 qol vurub.