featured-image-29195

“Kriştiano gələndə çox sevindim. Çünki bu, Səudiyyə futbolu və buradakı bütün oyunçular üçün yaxşıdır”.

Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın sabiq futbolçusu Uroş Matiç “Arab News”a açıqlamasında deyib.

Hazırda “Abha” komandasında çıxış edən serbiyalı yarımmüdafiəçi bildirib ki, Ronaldonun “Əl-Nəsrə” keçidindən sonra liqanın səviyyəsi dərhal dəyişib: “Bir çox insan birdən Səudiyyə Ərəbistanı futboluna baxmaq istədi. Nə qədər telekanalın yayım hüquqlarını satın aldığını da görə bilərsiniz. O, buranın səviyyəsini qaldırdı və indi bütün dünya Ronaldunu Səudiyyə Ərəbistanı Pro Liqasında izləyir”.

Portuqaliyalı superulduz Səudiyyə Ərəbistanı çempionatının dünyanın ən yaxşı liqalarından birinə çevrilə biləcəyini söyləyib. Matiç 38 yaşlı forvardın fikirləri ilə razı olduğunu vurğulayıb: “Məncə, haqlıdır. Niyə də olmasın? Hökumət idmana dəstək verir və futbol hər bir ölkənin ən böyük tanıtım vasitələrindən biridir. İnanıram ki, bu, mütləq baş verəcək. Uzunmüddətli planla belə davam etsələr, dünyanın ən yaxşıları ilə rəqabət apara bilərlər”.

Qeyd edək ki, Uroş Matiç 2020/2021 mövsümündə “Qarabağ”ın formasını geyinib.

CAHİD

Bənzər xəbərlər