Ronaldu ən yaxşı yarımmüdafiəçi seçildi
“FourFourTwo” nəşri 2000-ci illərin ən yaxşı yarımmüdafiəçilərini açıqlayıb.
Msport.az xəbər verir ki, siyahıya Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu başçılıq edir.
Fransalı Zinəddin Zidan ikinci, braziliyalı Kaka isə üçüncü yerdə qərarlaşıb.
2000-ci illərin ən yaxşı yarımmüdafiəçiləri:
1. Kriştianu Ronaldu (Portuqaliya)
2. Zinəddin Zidan (Fransa)
3. Kaka (Braziliya)
4. Xavi Ernandes (İspaniya)
5. Andrea Pirlo (İtaliya)
6. Andres İnyesta (İspaniya)
7. Luiş Fiqu (Portuqaliya)
8. Pavel Nedved (Çexiya)
9. Deku (Portuqaliya)
10. Frenk Lempard (İngiltərə)