featured-image-49742

Kriştianu Ronaldu ilə bağlı sual Portuqliya millisinin baş məşqçisi Roberto Martinesi özündən çıxarıb. Msport.az xəbər verir ki, jurnalistlərdən biri ulduz futbolçunu 90 dəqiqə oynatmağın nə dərəcədə məqsədəuyğun olduğunu soruşub:

“Olar, sizə sual verim? Siz bilirsiniz, Ronaldu ötən mövsüm neçə dəqiqə oynayıb? Sizin belə bir təcrübəniz var?

Futbol tarixində 6 Avropa çempionatında oynamış ikinci futbolçu yoxdur. Əsas odur ki, görəsən futbolçu komandaya nə verir. Kriştianunun təcrübəsi, qapını nişan almaq bacarığı, boş zonaya açılmağı var. Ronaldu haqq etdiyi üçün milli komandadadır! Sadəcə baxın, o, son yarışlarda nələr edib və nələrə nail olub”.

Bənzər xəbərlər