featured-image-60979

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu “Real”da çıxış edən Kilian Mbappe ilə bağlı fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, portuqaliyalı futbolçu fransalı forvardın mərkəz hücumçusu kimi çıxışını dəyərləndirib.

“Mən Mbappenin yerində olsaydım, Ronaldo kimi oynayardım. “Real” çıxış etsəydi, ona bunu öyrədərdim. Mən mərkəz hücumçusu deyildim, amma həmin mövqedə oynayırdım. İnsanlar mənim cinah oyunçusu olduğumu unudurlar. Hücum mövqeyi Mbappenin həyatını bir az da çətinləşdirir. Məncə, o, hücumçu kimi oynamağı bilmir. Bəlkə də bu, onun mövqeyi deyil”.

Mbappe bu mövsüm İspaniya çempionatında 19 matçda iştirak edib, 15 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər