featured-image-43482

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu penalti istisna olmaqla qolların sayında ABŞ-nin “İnter Mayami” komandasında çıxış edən Lionel Messiyə çatıb.

Msport.az xəbər verir ki, hesablamanı bəhs edilən futbolçuların statistikasını aparan “MessivsRonaldo” səhifəsi bildirib.

Statistikaya əsasən, Ronaldu və Messi indiyədək penalti istisna olmaqla 713 dəfə topu qapıya göndərə biliblər. Argentinalı hər 121, Ronaldu isə hər 138 dəqiqədən bir qeyri-penalti qolu vurur.

Qeyd edək ki, Kriştianu Ronaldu AFK Çempionlar Liqasının 1/8 finalının ilk oyununda “Əl-Fayha”ya qarşı qol vurub.

Bənzər xəbərlər