featured-image-40155

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu Asiya Çempionlar Liqasının V turunda İranın “Persepolis” ilə matçda baş hakimin səhvini düzəldib.

Msport.az xəbər verir ki, qarşılaşmanın 2-ci dəqiqəsində 38 yaşlı hücumçu rəqibi ilə mübarizədən sonra cərimə meydançasında yıxılıb.

Referi dərhal penalti təyin edib. Lakin Ronaldu rəqibinin qaydaları pozmadığına işarə edib. Bundan sonra VAR 11 metrlik cərimə zərbəsini ləğv edib.

Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Bənzər xəbərlər