Ronaldu: “Peres “Yusventus”a keçidimə mane olmaq istəyirdi”
“Real”ın prezidenti Florentino Peres 2018-ci ildə Kriştianu Ronaldunun “Yuventus”a keçidinə mane olmaq istəyib.
Msport.az xəbər verir ki, bunu hazırda “Əl-Nəsr”də çıxış edən portuqaliyalı hücumçunun özü açıqlayıb.
Bu gün 40 yaşını qeyd edək forvardın sözlərinə görə, “Yuventusla danışıqların son mərhələsində Peres onunla elə də yaxşı davranmayıb: “Başa düşürəm, o, həmişə belə edir. Artıq “Real”a qayıda bilməzdim, çünki “Yuventus”a söz vermişdim. Amma Peres geri addım atmaq istəyirdi. Mən Florentinonu çox yüksək qiymətləndirirəm, o, ciddi insandır. “Real”da olduğum müddətdə mənimlə yaxşı rəftar etdi, biz birlikdə çox şey qazandıq”.
Qeyd edək ki, Ronaldu 2009-2018-ci illərdə “Real”da çıxış edib, sonra “Yuventus”a keçib. Onun “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm Ronaldo bütün turnirlərdə 25 oyun keçirib, 23 qol vurub və 4 məhsuldar ötürmə edib.