featured-image-63302

“Əl-Nassr”ın hücumçusu Kriştianu Ronaldu “Real Madrid”ə qayıda bilər.

Msport.az xəbər verir ki, 40 yaşlı forvard “Əl-Nasr”la bu mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməmək imkanını nəzərdən keçirir.

Portuqaliyalı futbolçu Səudiyyə təmsilçisinin vəsiqə qazana bilmədiyi klublararası dünya çempionatında iştirak etmək istəyir.

FIFA iyunun 1-dən 10-a kimi klublararası dünya çempionatı zamanı xüsusi transfer pəncərələri açacaq və Ronaldu bir komanda ilə bir turnirlik müqavilə imzalamaq imkanı əldə edəcək. Daha əvvəl hücumçu ilə “İnter Mayami” və “Əl-Hilal”ın da maraqlandığı barədə məlumat yayılmışdı.

Ronaldu bu mövsüm klubu və millisi ilə 40 matçda 34 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər