featured-image-46373

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun kapitanı Kriştianu Ronaldu “Əl-Hilal”a qarşı keçirdikləri ölkə Superkubokunun matçında qırmızı vərəqə alıb.

Msport.az xəbər verir ki, 39 yaşlı hücumçu rəqib futbolçunu dirsəklə vurduğuna görə meydandan qovulub.

Təcrübəli forvard ardınca yumruğunu baş hakimə tərəf tutaraq qeyri-etik hərəkətlə yadda qalıb.

Qeyd edək ki, Əbu-Dabi şəhərində baş tutan görüşdə “Əl-Hilal” “Əl-Nəsr”ə 2:1 hesabı ilə qalib gəlib.

Bənzər xəbərlər