featured-image-48711

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştianu Ronaldu tarixə düşüb.

Msport.az xəbər verir ki, o, çempionatın sonuncu – 34-cü turunda “Əl-İttihad”la prinsipial oyunda buna nail olub.

Matçdan “Əl-Nəsr” 4:2 hesabı ilə qalib ayrılıb.

Portuqaliyalı ulduz forvard bu matçda dubla imza atıb.

Bununla da o, mövsümün bombardiri olub. 35 qol həm də Səudiyyə Ərəbistanı liqasının rekordudur. Ronaldu həm də 4 müxtəlif çempionatda (La Liqa – 3 dəfə, A Seriyası, Premyer Liqa, Səudiyyə Ərəbistanı Liqası) bombardir olan ilk futbolçu kimi tarixə düşüb.

Bənzər xəbərlər