featured-image-44890

Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldu klub karyerasında 750-ci qoluna imza atıb.

Msport.az xəbər verir ki, hücumçu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”in heyətində Asiya Çempionlar Liqasındakı matçda fərqlənib.

Forvard “Əl-Əyn”lə görüşdə rəqib qapısına yol tapıb. Ronaldo 118-ci dəqiqədə penaltidən fərqlənməklə oyunu əlavə vaxta daşıyıb. Lakin bu qol onun komandasının yarımfinala yüksəlməsi üçün yetərli olmayıb – 4:3, pen. 1:3.

39 yaşlı portuqaliyalı bununla da klub karyerasındakı qol sayını 750-yə çatdırıb. O, bu qollara “Sportinq”, “Mançester Yunayted”, “Yuventus” və “Əl-Nəsr”də imza atıb.

Qeyd edək ki, Kriştiano “Əl-Nəsr”də 39 matçda 35 qol vurub.

Bənzər xəbərlər