Ronaldudan "Əl Nəsr"lə bağlı açıqlama
Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna keçəcəyini təkzib edib.
Msport.az xəbər verir ki, İspaniyanın “Marca” nəşri portuqaliyalı futbolçunun yanvarın 1-dən “Əl Nəsr”in oyunçusu olacağını yazmışdı.
Portuqaliya millisinin kapitanı İsveçrə ilə 1\8 final oyunundan (6:1) sonra “bu doğru deyil, doğru deyil” açıqlaması verib.
Məşhur insayder Fabritsio Romanonun sözlərinə görə, Rpnalduya həqiqətən də “Əl Nəsr”dən təklif var, lakin o, hələ razılıq verməyib.
Ulduz futbolçunun Çempionlar Liqasında çıxış edən klublardan təklif gözlədiyi güman olunur.







