Ronaldudan het-trik
Səudiyyə Ərəbistanı Pro Liqasının 25-ci turunda Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr” klubu evdə “Əl-Tai” ilə üz-üzə gəlib.
Msport.az xəbər verir ki, qarşılaşmada meydan sahibləri 5:1 hesabı ilə qalib gəliblər.
Ronaldu sözügedən matçda het-triklə yadda qalıb. Bu, onun çempionatda bu mövsüm vurduğu 26-cı qol olub.
“Əl-Nəsr” – “Əl-Tai” – 5:1
Qollar: Otavio, 20, Misidyan, 22 (1:1), Qarib, 45+7 (2:1), Ronaldo, 65 (3:1), 67 (4:1), 87 (5:1)
Qırmızı vərəqə: Misidyan, 36 (“Əl-Tai”)
Bu qələbədən sonra “Əl-Nəsr” 59 xalla 2-ci pillədə qərarlaşıb. “Əl-Tai” 22 xalla 16-cı yerdədir.