featured-image-46048

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda növbəti qollarını vurub.

Msport.az xəbər verir ki, komanda liqada “Abha” ilə üz-üzə gəlib.

“Əl-Nəsr”in 8:0 hesabı ilə qalib gəldiyi matçda Ronaldu het-trik edib. Təcrübəli forvard “Əl-Tai”ni məğlub etdikləri (5:1) görüşdə də üç qol vurmuşdu.

Qeyd edək ki, Ronaldu cari mövsüm çempionatda 23 oyun keçirib, 26 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər