Ronaldudan rekord
“Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında yeni rekord müəyyənləşdirib.
Msport.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı bunu XXXII turda baş tutan “Əl-Hilal”la oyunda gerçəkləşdirib.
O,1:1 hesabı ilə bitən matçda məhsuldar ötürmə müəllifi olub. Hazırda onun hesabında 44 xal (33 qol və 11 məhsuldar ötürmə) var. Əvvəlki rekordçu 2018/2019 mövsümündə 43 xalla yadda qalan Abderrazaq Hamdalla olub.
Qeyd edək ki, “Əl-Nəsr” hazırda 78 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Hesabında 90 xal olan “Əl-Hilal” çempionluğu vaxtından əvvəl təmin edib.