featured-image-62422

“Əl-Nəsr”in futbolçusu Kriştianu Ronaldunun Ər-Riyaddakı yeni evi müzakirələrə səbəb olub.

Msport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, ailə üzvlərinin təhlükəsizliyindən narahat olan portuqaliyalı hücumçu yenicə köçdükləri ünvanda ciddi tədbirlər görüb.

Sosial mediada müxtəlif təhdidlər alan Ronaldu və Corcina Rodriges cütlüyünün artıq övladlarının üzünü bağlayaraq paylaşım etdikləri bildirilib.

Ulduz futbolçunun yeni evləri üçün mühafizəçilərin sayını da artırdığı söylənilir. İddiaya görə, Corcina uşaqlarını artıq ticarət mərkəzlərinə aparmır və onları evdən bayıra nadir hallarda çıxarır.

Bənzər xəbərlər