featured-image-26606

Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştianu Ronaldu 2021-ci ildə “Mançester Yunayted”in kapitanı olmaq istəyib.

Msport.az ESPN-ə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu Ole-Qunnar Sulşerin qovulmasından sonra baş məşqçi postuna keçən Ralf Ranqnikdən sarğının ona həvalə olunmasını xahiş edib

Amma almaniyalı mütəxəssis 38 yaşlı forvardın istəyinə “yox” deyib. O, kapitanlıq sarğısını Harri Maquayrda saxlamaq qərarına gəlib.

Qeyd edək ki, Kriştianu Ronaldu 2022-ci ilin noyabrında “Mançester Yunayted”dən ayrılıb.

Bənzər xəbərlər