featured-image-54585

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun yeni baş məşqçisi məlum olub. Msport.az xəbər verir ki, komandanı italiyalı Stefano Pioli çalışdıracaq.

58 yaşlı mütəxəssisin son iş yeri “Milan” olub. O, İtaliya klubu ilə 2021-2022-ci illər mövsümündə A seriyasının qalibi olub.

Qeyd edək ki, Kriştianu Ronaldonun çıxış etdiyi “Əl Nəsr” dünən portuqaliyalı məşqçi Luiş Kaştrunu istefaya göndərib.

Bənzər xəbərlər