featured-image-18257

Uruqvay Futbol Assosiyasiyasının prezidenti İqnasio Alonso dünya çempionatında hakimlərin işindən narazı qalıb.

Msport.az xəbər verir ki, o, “Teledoce”yə müsahibəsində Uruqvayın oyunlarında ədalət təmsilçilərinin səhvə yol verdiklərini deyib:

“Uruqvay millisinin oyunlarında ciddi səhvlərə yol vermiş iki hakim daha dünya çempionatında iş başında olmayacaqlar. Digər qruplarda da qalmaqallar baş verib.

Kriştianu Ronaldunun yanında öskürən kimi onlar penalti nöqtəsini göstərirlər”.

Görünür, Uruqvay Futbol Assosiyasiyasının rəhbəri qrup mərhələsinin Portuqaliya – Qana oyununda (3:2) baş verəni nəzərdə tutur. Ronaldu həmin matçda rəqibin cərimə meydançasında yıxıldıqdan sonra amerikalı hakim İsmail Elfath penalti nöqtəsini göstərmişdi.

Bənzər xəbərlər