featured-image-38643

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ulduz futbolçusu Kriştianu Ronaldunu təqvim ilində ən çox qol vurduğu üçün təbrik edib.

Msport.az xəbər verir ki, komanda yoldaşları 38 yaşlı hücumçuya tort hədiyyə ediblər.

Təcrübəli forvard 2023-cü ilin əvvəlindən klub və millinin heyətində 40 qola imza atıb. O, bu göstəriciyə görə İngiltərənin “Mançester Siti” klubunda çıxış edən Erlinq Holannı geridə qoyub.

Bənzər xəbərlər