featured-image-24057

Ukraynanın gənclərdən ibarət yığma komandasının baş məşqçisi Rusaln Rotan müvəqqəti olaraq əsas milliyə rəhbərlik edəcək.

Msport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis bu postda Sergey Rebrovla müqavilə qüvvəyə minənə qədər çalışacaq.

Ukrayna Futbol Federasiyası Rebrovla 2024-cü ilin yayına kimi nəzərdə tutulan müqavilə bağlamaq üçün danışıqlar aparır. Anlaşma sonradan daha 2 il uzadıla bilər.

Rotan 209-cu ildən gənclər millisinin sükanı arxasındadır.  O, bu ildən “Aleksandriya” klubuna da rəhbərlik edir. Rotan futbolçu karyerasını 2018-ci ildə Kiyev “Dinamo”sunda başa vurub.

Ukrayna yığmasının əvvəlki baş məşqçisi Oleq Petrakov idi. O, 2023-cü ilin yanvarında istefa verib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər