featured-image-32967

Marko Roys növbəti mövsüm Dortmund “Borussiya”sının kapitanı olmaqdan imtina edib.

Msport.az xəbər verir ki, bu barədə alman futbolçunun özü klubun azarkeşlərinə müraciət edib:

“Salam “Borussiya” azarkeşləri, sizə bir şey söyləmək mənim üçün çox vacibdir. İstirahət zamanı düşünməli olduğum çox şey var idi və kapitan sarğısından imtina etmək qərarına gəldim. Dünən bunu Edin Terziç və Sebastian Kehlə bildirdim. Beş ildir ki, mənə əmanət olunan sarğını qürurla və şərəflə taxmışam. İllər boyu etdiyiniz dəstəyə görə təşəkkür edirəm. Arzu edirəm ki, Sebastyan və Edin kapitanlıq üçün layiqli davamçı tapsınlar. Əminəm ki, onlar uğur qazanacaqlar.”

Royal Türksoy

Bənzər xəbərlər