Roysun maaşı azaldılacaq
“Borussiya Dortmund” futbolçusu Marko Roysla sözləşməsini yeniləyəcək.
Msport.az xəbər verir ki, “arılar” komandanın kapitanıyla yayda bitməli olan müqaviləni bir neçə mövsümlük artırmaq istəyir. Roysun maaş 12 milyon avrodan 7 milyon avroya qədər endiriləcək. 33 yaşlı futbolçunun bu təklifə razılıq verəcəyi gözlənilir.
Qeyd edək ki, Marko Roys 2012-ci ildən “Borussiya”nın şərəfini qoruyur.
Royal Türksoy







