Ruben Amorim 4 futbolçunun “qələmini qırdı”
Dörd futbolçu bu yay “Mançester Yunayted”i tərk edə bilər.
Mport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim artıq Andre Onana, Kazemiro, Lyuk Şou və Rasmus Höylundu komandada görmək istəmir.
Bu futbolçuların hamısı mayın 21-də “Tottenhem”ə 0:1 hesablı məğlubiyyətlə başa çatan Avropa Liqasının finalında start heyətində yer alıb.
Qeyd edək ki, “Mançester Yunayted” mövsümü titulsuz başa vurub.