featured-image-47040

Portuqaliyanın “Sportinq” klubunun baş məşqçisi Ruben Amorim karyerasını İngiltərədə davam etdirə bilər.

Msport.az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, “Vest Hem” 39 yaşlı mütəxəssislə maraqlanır.

London təmsilçisi artıq Amorimlə danışıqlara da start verib. Onun Devid Moyesi əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, “Vest Hem” 48 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

Bənzər xəbərlər