Ruben Neveş Səudiyyə Ərəbistanı klubuna keçdi – RƏSMİ
“Əl Hilal” Ruben Neveşin transferini açıqlayıb.
Msport.az xəbər verir ki, portuqaliyalı futbolçu ilə 2026-cı ilin iyununa kimi müqavilə imzalanıb.
“Vulverhempton”dan Asiyanın ən böyük klubuna” – “Əl Hilal”ın açıqlamasında belə deyilir.
Neveş 2017-ci ildən İngiltərə təmsilçisində çıxış edirdi.
O, İngiltərə Premyer Liqasına “Portu”dan gəlmişdi.
Yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 35 oyunda 6 qol vurub və bir məhsuldar ötürmə verib.
Onun “Vulverhempton”la müqaviləsinin başa çatmasına hələ 1 il var idi.







