“Rubin” “Qalatasaray”ın futbolçusu ilə müqavilə bağladı
“Rubin” “Qalatasaray”ın futbolçusu Beknaz Almazbekovla müqavilə bağlayıb. Msport.az Gz Gazete”yə istinadən xəbər verir ki, 17 yaşlı hücumçu buna qədər İstanbul klubunun U-19 komandasında çıxış edib.
“Qalatasaray” qırğızıstanlı oyunçu ilə müqaviləni uzatmadığından o, Kazan təmsilçisinə azad agent kimi keçib.
Almazbekov “Qalatasaray”ın əsas heyətində oynamayıb.
U-19-da keçirdiyi 22 oyunda 16 qol vurub və 5 məhsuldar ötürmə verib.
Gənc futbolçu Qırğızıstan millisində də debüt edib.
Qeyd edək ki, “Rubin” yeni mövsümdən Rusiya Premyer Liqasında mübarizə aparacaq.
ANAR







