Rüfət oynadı, komandası heç-heçə etdi
Almaniyanın Şimal-Şərq Regional Liqasında 3-cü turun oyunları keçirilib.
Msport.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”su evdə “Moyzelvits”lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
Rüfət də bu oyunun iştirakçısı olub. O, 90 dəqiqədə forma şansı qazanıb.
Qeyd edək ki, hazırda 4 xalı olan “Dinamo” 6-cı pillədə qərarlaşıb.