featured-image-68698

Rumıniya Futbol Federasiyası III divizionda yer alan “Universitatya” (Krayova) klubunun yeni mövsüm öncəsi 94 xalını silib.

Msport.az xəbər verir ki, müvafiq qərarı qurumun İntizam Komitəsi qəbul edib.

Cəza oyunçulara və məşqçilərə bir sıra ödənilməmiş borcları, həmçinin 2023-cü ildə ölkə kubokunda keçirilən oyun üçün “Dinamo” (Buxarest) qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar verilib. 94 xalın silinməsinə illərlə yığılan sanksiyalar səbəb olub.

Federasiya kluba borclarını ödəmək üçün sentyabrın 3-dək vaxt verib. Tələblər yerinə yetirilməsə, komandaya yeni sanksiyalar tədbiq olunacaq və bütün turnirlərdən kənarlaşdırılacaq. Bu iş üzrə yekun qərarın sentyabrın 25-də veriləcəyi planlaşdırılır.

Bənzər xəbərlər