Rumıniya millisi Almaniyaya bu heyətlə gedir
Rumıniya millisinin Almaniyada keçiriləcək Avropa çempionatı üçün hekun heyəti bəlli olub.
Msport.az UEFA-nın rəsmi saytına əsasən, heyəti təqdim edir.
Qapıçılar: Horatiu Moldovan (“Atletiko”), Florin Nita (“Qaziantep”), Stefan Tarnovanu (FKSB).
Müdafiəçilər: Nikuşor Banku (“Universitatya”), Andrey Burka (“Əl-Ohdud”), Radu Draquşin (“Tottenhem”), Vasile Moqos (ÇFR), Yonuç Nedelçearu (“Palermo”), Boqdan Rakoviçan (“Rakov”), Andrey Raçiu (“Rayo Valyekano”), Adrian Rus (“Pafos”).
Yarımmüdafiəçilər: Alexandru Çikildeu (“Konyaspor”), Yanis Haqi (“Alaves”), Marius Marin (“Piza”), Razvan Marin (“Empoli”), Darius Olaru (FKSB), Deyan Soresku (“Qaziantep”), Nikolae Stançiu (“Damak”), Adrian Şut (FKSB).
Hücumçular: Denis Alibek (“Muayter”), Daniel Birlidja (ÇFR), Florinel Koman (FKSB), Denis Draqus (“Qaziantep”), Dennis Man (“Parma”), Valentin Mixayle (“Parma”), Corce Puşkaş (“Bari”).
Xatırladaq ki, 2024-cü il futbol üzrə Avropa çempionatı 14 iyun – 14 iyul tarixlərində Almaniyada keçiriləcək. Rumıniya millisi Belçika, Slovakiya və Ukrayna milliləri ilə E qrupunda mübarizə aparacaq.