Rusiya Futbol İttifaqının yeni prezidenti seçildi
Aleksandr Dyukov növbəti dəfə Rusiya Futbol İttifaqının (RFİ) prezidenti seçilib.
Msport.az xəbər verir ki, qurumun Moskvada baş tutan konfransında seçki keçirilib. Nəticədə yeganə namizəd olan Dyukov yekdilliklə yenidən rəhbər seçilib.
Qeyd edək ki, 57 yaşlı Aleksandr Dyukov 2019-cu ilin fevralından RFİ-nin prezidenti vəzifəsini yerinə yetirir.