Rusiya klubları “Qalatasaray”lı üçün mübarizə aparacaq
“Qalatasaray”ın futbolçusu Abdulkərim Bardakçı Rusiya klublarının hədəfinə düşüb.
Msport.az xəbər verir ki, 28 yaşlı müdafiəçi “Zenit”lə CSKA-nın transfer siyahısında yer alıb. Hər iki klub yayda oyunçunu transfer etməyə çalışacaq.
Qeyd edək ki, Bardakçının “cim-bom”la müqavilə müddəti 2025-ci ilə qədər nəzərdə tutulub.
Royal Türksoy







