Rusiya klubu baş məşqçini göndərdi
“Axmat”ın baş məşqçisi Maqomed Adiyev klubdan ayrılıb.
Msport.az verir ki, bu barədə Rusiya Premyer Liqası təmsilçisinin saytı məlumat yayıb.
47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Xatırladaq ki, Adiyev bu ilin aprel ayından “Axmat”ın baş məşqçisi idi.