Rusiya klubu elan saytında satışa çıxarıldı
Rusiyanın II Liqasında çıxış edən “Sokol” klubu “Avito” elanlar saytında satışa çıxarılıb.
Msport.az “Sports Business Online” portalına istinadən xəbər verir ki, elanı Kazan təmsilçisi özü yayıb və qiymət 5,3 milyon rubl göstərilib.
İddiaya görə, klub hazırda maliyyə problemləri yaşayır. Mövsüm ərzində futbolçular hər matça öz pulları ilə toplaşırlar.
Qeyd edək ki, “Sokol” 13 turdan sonra 28 xalla 4-cü qrupda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda qrup lideri “Dinamo Kirov”dan cəmi bir xal geri qalır.