featured-image-21137

“Malyorka” heyətini yeni futbolçu ilə gücləndirib. Msport.az xəbər verir ki, La Liqa təmsilçisi Rusiyanın “Rostov” klubundan Dennis Hadzikaduniçi icarəyə götürüb.

24 yaşlı müdafiəçi bu mövsümün sonuna kimi İspaniya klubunun uğurları üçün çalışacaq.

Hadzikaduniç 2018-ci ildən “Rostov”un formasını geyinir. O, Rusiya klubunun heyətində 69 oyuna 3 qol vurub. İsveçdə “Malmö” və “Trelleborq”un da uğurları üçün çalışmış futbolçu, 2020-ci ildən Bosniya və Herseqovina yığmasına dəvət alır. O, bu ölkənin əsas millisində 19 oyun keçirib.

“Malyorka” öz mərkəz müdafiəçisi Franko Russonu isə Bolqarıstanın “Ludoqorets” klubuna satıb. Klub bu keçiddən 900 min avro qazanıb. Argentinadan olan 28 yaşlı futbolçu yeni klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqavilə bağlayıb. Russo 2018-ci ilin iyulundan formasını geyindiyi İspaniya klubunda 54 oyuna çıxıb və 1 qol vurub.

Malyorkalılar yarımmüdafiəçi Laqo Junioru da “Malaqa”ya satıblar. Fil Dişi Sahilindən olan 32 yaşlı vinger yeni klubu ilə 2024-cü ilin 30 iyununa kimi müqavilə bağlayıb. Junior 2016-cı ilin yanvarından formasını geyindiyi “Malyorka”da 206 oyuna çıxıb, 36 qol vurub. O, Fil Dişi Sahili yığmasında da 5 oyuna çıxıb.

Bənzər xəbərlər